Ərəb əlifbasının hərfləri harada yaşayır? İnteraktiv elementlər - Фараx Исмаилзаде

Ərəb əlifbasının hərfləri harada yaşayır? İnteraktiv elementlər

Страниц

5

Год

2024

Bu muhteşem kitap, çocukları Arap harfleriyle tanıştırıyor. Diğer alfabe kitaplarından tamamen farklı olan bu kitapta harfler, hayvan, bitki, nesne ve benzeri şeylerin resmiyle anlatılıyor. Örneğin, Elif harfi zambak şeklinde tasvir edilmiş; Sin harfi ise kuşun gagasına benzediği için kuş şeklinde resmedilmiş ve bunun gibi daha pek çok örnek mevcut. Harflerin tanışıklığı, çocuklar için bir "ev ziyareti" gibi gerçekleşiyor. Her harf (veya benzer harf grubu) hakkında eğlenceli şiirler, karakter harflerin adlarının kısa bir şekliyle bazı ilginç notlar ve son olarak iki satırlık metinler yer alıyor. Kitapta etkileşimli öğeler bulunuyor. Yeni öğrenilmiş harfi bulma, harflerle "saklambaç oyunu" oynama teklif ediliyor ve ipuçları veriliyor. İslami kurallara göre, canlıların tasviri gözlere (kapalı gözlere) göre yapılmıştır.
Bu harika kitap, çocukların hem harfleri öğrenmelerine yardımcı olacak hem de eğlenceli bir deneyim yaşamalarını sağlayacak. Harflerin günlük hayatta nasıl kullanıldığını, çocukların görsel hafızasını geliştirecek şekilde resimlerle anlatması, onların okuma yazma sürecine keyifli bir şekilde başlamalarını sağlayacaktır. Ayrıca, etkileşimli öğelerle çocukların aktif olarak katılımını teşvik ederek öğrenmeyi daha da eğlenceli hale getirmektedir. Bu kitabın çocuklar için gerçekten büyülü bir deneyim olacağına eminim.

Читать бесплатно онлайн Ərəb əlifbasının hərfləri harada yaşayır? İnteraktiv elementlər - Фараx Исмаилзаде

Ərəb əlifbasının hərfləri harada yaşayır?


Bu kitab, balacaları ərəb hərfləri ilə tanış edir. Digər əlifba kitablarından fərqli olaraq, bu kitabda hərflər oxşadığı heyvan, bitki, əşya və s. şəklində təsvir edilmişdir. Məsələn, Əlif hərfi sümbül şəklində təsvir olunub; Sin hərfi qutan quşunun dimdiyinə oxşadığı üçün bu quş şəklində təsvir olunub və s. Uşaqların hərflərlə tanışlığı onların “evlərinə qonaq” getmək kimi baş verir. Hər hərf (və ya oxşar hərflər qrupu) haqqında şən şeirlər, personaj-hərflərin adından qısa formada bəzi ibrətamiz qeydlər və nəhayət, iki sətir yazı verilir. Kitabda interaktivlik elementləri var. Belə ki, balacalara yeni öyrənilmiş hərfi tapmaq, hərflərlə “gizlənpaç oynamaq” təklif olunur, ipucu verilir.

İslam normalarına görə, canlıların təsviri gözsüz (gözləri bağlı) verilib.


Mətn və şeirlərin müəllifi: Fərəh İsmayılzadə

Personajların ideyası və dizaynı: Fərəh İsmayılzadə

Fon şəkilləri: https://ru.freepik.com

Bu məhsul müəllifə məxsusdur. Kitabdan hər hansı mətn, ideya, ifadə, şeir, personajların şəklini kopyalamaq və yaymaq qadağandır.


As-Salamu Aleykum, dostum!

Bu kitabda sənə ərəb əlifbasının 28 hərfi və hər hərfin yaşadığı evi haqqında danışacağam. Burada hər bir hərf heyvan, bitki, quş, balıq və hətta ev əşyaları və geyim şəklində təsvir edilmişdir.

Hərfləri sənə göstərəcəm və onların məşğuliyyəti barədə danışacam.

Onlar səninlə gizlənpaç oynayacaqlar! Hərfləri şəkillərdə tapmağa çalış.


Xoş səyahətlər!

Müəllif


Ərəb hərflərini bilməliyik ki, Allahın insanlara göndərdiyi

Müqəddəs Quranı oxuya bilək.


Əlif ا

Ərəb əlifbasının ilk hərfi ƏLİF-dir. Əvvəlcə ona qonaq gedəcəyik. ƏLİF-in evi zərif günəş şüaları ilə işıqlandırılan qızıl tarladadır.


ƏLİF – birinci hərfdir,

Sünbül kimi zərifdir,

Bu yaşıl çəmənlikdə

Onu tapaq birlikdə!


Bilik

İslam dinimizdə elmə, biliyə böyük əhəmiyyət verilir.

“Hər şeyi yaradan Rəbbinin adı ilə oxu”

(Quran, surə 96, ayə 1). Bu ayədə Allah bütün insanları biliyə

can atmağa çağırır.


ا

ا

Şəkildəki sümbüldə ƏLİF hərfi gizlənib. Gəl onu tapaq!

BƏ, TƏ, SƏ ب ت ث

Bu TƏ adlı hörümçəkdir. O, bu evdə yaşayır. TƏ çay içməyi çox sevir. Onun SƏ adlı fincanı var. Yağış yağanda isə o, BƏ çətirini götürüb gedir gəzməyə.

TƏ hörümçəyin otağı həmişə səliqə-səhmanlıdır. Paltarı şkafdan asılıb, kitablar isə rəfdə düzülüb.


TƏ – təmizkar hörümçək

Otağında gül-çiçək,

Yağış yağanda mütləq

Çətir BƏ edir kömək.


Dostu, SƏ adlı fincan

Dadlı çay edir ikram.

Öyrəndik indi sizlə