Xoşbəxtliyin son həftəsi - Xaliq Azadi Məmmədov

Xoşbəxtliyin son həftəsi

Страниц

20

Год

2021

Həyatında öz yerlərini qoruyan və çox müstəqil həyat tərzi yaşayan iki fərqli insanın - 40-50 yaşlı bir qadın və kişinin arasında aniden yaranan qeyri-adətən məhəbbət nə deməkdir? Hətta, cavanlığın nəzərdə tutduğu saf, məkr, riyaziyyatdan uzaq Sevgi! Bu münasibətlərin neyropsixoloji və davranış biologiyası cəhətdən açıqlanmağa çalışsaq da, bu yazıda yüksək səviyyədə olan gözəl məhəbbət saflığı və elçatmazlığı ilə birlikdə öz yüksəkliyində qalmalıdır. Bu ailənin arasında böyük bir aşk və bağlılıq hissi var, hər iki tərəf də bir-birini mükəmməl anlamaqdadır və birgə həyatlarını sürməkdəndə daha bir zövq alırlar. Bu məhəbbət onlara yeni bir enerji verməkdədir və onların həyatına daha da dəyər qatmağa davam edir. Həyatla çətin günlərində, onlar bir-birinə dəstək olaraq məhəbbətlə dolu ola bilirlər. Bu məhəbbət onları bir-birindən ayrılmaz edir və birlikdə yaşlanmağa layiqdir. Bu xoşbəxtliyi təbiətə minnətdardılar və həmin güclü bağın keyfini çıxarmagəlirlər. Çünkü bu məhəbbət onları əbədi sevgi və anlayışa götürəcəkdir. Bu məhəbbətin gücü onların həyatına özünü unuduluşu və əzabları aradan qaldırmaq gücünü verir.

Читать бесплатно онлайн Xoşbəxtliyin son həftəsi - Xaliq Azadi Məmmədov


Əgər, Taledən bizə bircə dəfə verilən həyatı lazımınca yaşaya bilmədiksə, ətrafımızda cərayan edən gözəlliklərdən istifadə etməyi bacarmadıqsa, “düzgün yaşadıq!”– deməyin mənası və dəyəri nədir?

1-

ci hissə

Gündəlik fiziki hərəkətin zəruriliyini nəzərə alaraq İdman məqsədi ilə təşkil etdiyim gündəlik gəzintim iki hissədən ibarət idi: sürətlə yerişlə 5-6 km, sonra asta gəzinti.

Bu günkü gəzintimin birinci bir saatlıq mərhələsini başa çatdırmışdım. Aylarla etdiyim adətə görə, skamyaların birində 5 dəqiqə oturmalı, sonra ikinci mərhələyə keçərək, addımlamalıydım. Amma, bu dəfə yavaş addımlarla.

Gündəlik işim belə idi. Həm, səhhətimin, fiziki formanın bərpası məqsədi ilə (Çünki son vaxtlar yenə çəkim artmış, boyuma görə normanı çoxdan arxada qoymuşdu.). Həm də ki, işdə hər gün saatlarla oturmaq vərdişindən çıxmaq arzusundaydım. Mənim oturaq işim, az hərəkətli yaşayış obrazım məni məcbur edirdi gündəlik uzun gəzintiyə, sürətli gəzintiyə.

Alimlərin araşdırmasına görə, sürətli addımla gəzinti ürək-damar sisteminə köməyin vacib anlarından biridir. Bu gəzintidə insanın yeriş sürəti 7 km / saata çata bilər. Addımların sayı dəqiqədə 90 və 120 arasındadır. Bu tempdə hərəkət edərkən nəbz vurması artır, bu da bədəndə qan dövranını gücləndirir və bütün orqanların işini yaxşılaşdırır.

İlk gündə başladım yeyin addımlarla 2 km-lik gəzintidən. Sonra, hər həftə 500 m əlavə edərək, çatdırdım 6 km-ə. Vaxtı və məsafəni dəqiqləşdirmişdim. Bir dəqiqəyə 105-110 addım atırdım. Bir saat tez yeridikdən sonra, 5 dəqiqə otururam, yenidən durub gəzirəm, bu dəvə astadan.

İndi də oturmalıydım. Baxdım ətrafa, park çox böyük olsa da, həmişə çoxluq olduğundan, skamyalar həmişə boş olmurdu. İndi də elə. Aralıda bircə boş skamya gözümə dəydi. Yaxınlaşdım. Üç paralel taxtadan düzəldilmiş oturacağın bircə taxtası qalmışdı. İki taxta yox idi, çıxarılmışdı. Yəqin, dəyişmək məqsədi ilə. Komfort olmasa da, oturmaq olar.

Təzəcə oturmuşdum, böyürdən səs eşitdim:

– Olar, sizinlə yanaşı oturmaq?

Üzü, az qala uşaq üzünü xatırladan bir qadın buludsuz asimanı xatırladan göm-göy gözlərini zilləmişdi mənə. Üzündə maraq qarışıq təbəssüm görünürdü.

– Əlbətdə, buyurun! – dedim, – amma, oturacaq bircə taxtadan ibarətdir. Yəqin, ikimizi saxlamağa gücü çatar.

Qadın əyləşdi.

– Mənim 54 kiloqramıma sizin “neçənizi” əlavə edək? – dedi zarafatla.

– Bir həftə qabaq, az qala 90 idim! – dedim.

– Oho, yaxşıdır. Demək, sizin 60%-nizi təşkil edirəm. Heç də pis deyil. – Zarafatla və sakit gülüşlə dedi, – birgə -144 kilo. Saxlayar, yəqin bir taxta ikimizi.

Oturub rahatlaşdı.

– Bu gün gəzintiyə çıxanlar daha çoxdu. Boş yer yoxdur oturmağa.

– Elədir, -dedim, – ona görə də bu sınıq oturacaqda oturmalı olduq.

Telefonu zəng çaldı. Çıxarıb açdı, bir an baxdı, sanki, cavab vermək, ya verməmək variyantlarını düşünürdü. Telefonsa zəng çalırdı.

– Danışmaq istəyirsinizsə, mən durub aralana bilərəm, -dedim.

– Yox, yox! Siz nə danışırsınız! Gözlədim ki, zəng qurtarsın, söndürüm telefonu tamam, – deyərək, telefonu tam söndürdü.

– Dünən siz yox idiniz! – dedi qadın.

Təəcübümü gizlədə bilmədim. Doğrudan da, dünən başqa şəhərdə işləyən oğullarıma baş çəkməyə getdiyim üçün, parka çıxa bilməmişdim.

– İki dəqiqədir oturduğumuz, iki dəfə məni xoş mənada təəccübləndirdiniz. Birinci o oldu ki, siz saniyə ərzində 90 rəqəminin 60 %-ni tapdınız. Bu hazırcavablıq, yəqin ki, riyaziyyatla münasibətdə olduğunuza işarədir. İkinci təəccübümsə, mənim dünən parkda olmadığımı deməyiniz oldu.